NAZLI ARANLI : TƏNHA İNSAN

 

TƏNHA İNSAN

Tənhalıq hər zaman tək olmaq deyil
Milyonlar içində tək olur insan.
Anlamaz kəslərə dərd anlamaqdan
Tezliklə yorulub usanır insan.

Görüb insanların xəbis üzünü
Qaçır təkliyinə biçarə insan.
Yalanlarla dolu yalan dünyada
Bəzən təkliyi ilə tək olur insan.

Gözləri dikilir bir sonsuzluğa
Düşünür, düşünür, düşünür insan.
Necə qəribədir həyat qanunu
Varikən yox olur bir anda insan.

Pressaz.az