Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri 

Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir.

Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının layiqli həyat şəraitini təmin etməkdən ibarətdir. Təbii ki, sürətli iqtisadi inkişaf həm də əhalinin sosial müdafiəsinin güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Bu il Azərbaycanda növbəti prezident seçkisi keçirildi. Demokratik mühitin mövcudluğu, yüksək vətəndaş və elektoral fəallıq, beynəlxalq və yerli ictimaiyyətin böyük marağı şəraitində keçən bu seçki bir daha təsdiq etdi ki, Azərbaycan cəmiyyətində ölkənin gələcəyi, onun strateji inkişaf kursu ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm bu günə kimi görülmüş işlərə yüksək qiymət vermiş, həm də Azərbaycanın gələcəyi, milli inkişaf istiqamətləri ilə bağlı cənab Prezidentin planlarına birmənalı dəstəyini ifadə etmişdir.

İslam Allahverdiyev

Beyləqan rayon Maliyyə İdarəsinin rəisi