NAZLI ARANLI: MƏHƏBBƏTİMSƏN
Məhəbbətimsən
Bir payız günündə dumanda, çəndə
Axtardım sevgimi sənin qəlbində
Gözlərim gözünə sataşan dəmdə
Bildim ki, sən mənim məhəbbətimsən.
Dostdan gen duranda, yaddan qaçanda
Mən sənsiz olanda, tənha qalanda
Xəyalın könlümə işıq salanda
Bildim ki, sən mənim məhəbbətimsən.
Xəzan yeli yarpaqları tökəndə
Quşlar uçub başqa yerə köçəndə
Qərib axşamlarda dara düşəndə
Bildim ki, sən mənim məhəbbətimsən.