RAMİLƏ ATƏŞ: Solmuş çiçəklər
Solmuş çiçəklər
Əvvəl qönçə olur, sonra gül açır,
Sevgidən, sevincdən o ətir sacır.
O, əllərdə gəzir, cox əzizlənir,
Bir gözəl sinənin üstə bəslənir.
Sevilir, oxşanır üç gün, ya beş gün,
Ömrü qısa olur gülün, çiçəyin.
Nə qədər sevilib, oxşanılsa da,
O solmuş, incimiş çölə atılır.
Necə də dəhşətli ömrü var gülün,
Əvvəl qönçə olur, sonra tez solur.
Yarpaqlar ağlayır gülün halına,
Dərddən xəzəl olur yerə tökülür.