04 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 04-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 04-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 04-05-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.