AYB QRB-in nəzdində qadınlardan ibarət ” Çeşmə” ədəbi məclisi yarandı
Sumqayıt şəhər “Uşaq və Gənclər inkişaf”mərkəzində Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Yazıçılar Birliyinin sədri Namiq Məna və yeni yaranmış qadınlardan ibarət “Çeşmə”ədəbi məclisinin sədri Lilpar Cəmşid qızının təşkilatçılığı ilə yazıçı, şairə, publisist Rahilə Veysəllinin yaradıcılığına həsr olunan böyük bir tədbir keçirildi. Tədbirdə öncə Azərbaycan Dövlər Himni səsləndirildi. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin təşkilatçısı Qubadlı Regional Yazıçılar Birliyinin sədri Namiq Məna gələn qonaqları salamladı və qeyd etdi ki, bölmə tərəfindən şair və yazıçılarla tez-tez görüşlər keçirilir. Yeni yaradılan “Çeşmə” ədəbi məclisinin sədri Lılpar Cəmşid qızı öz çıxışında məclisin yaranmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi və ilk görüşdə şairə publisist Rəhilə Veysəllinin həyat və yaradıcılığından söz açdı. Çıxışlardan sonra Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional bölməsi tərəfindən Azərbaycan poeziyasına göstərdiyi xidmətimə görə Rahilə Veysəlliyə Plaket təqdim olundu.
Tədbirdə Xasay Cahingirov adına dərnəyin üzvüləri Rahilə Veysəllinin şeirlərini səsləndirdilər və səhnəciklər göstərdilər. Aşıq Ruhiyyə Qarabağlı “Ana” şerini ifa edi. Gələn qonaqlar arasında jurnalist Zümrüd Baloğlanova, Bialogiya elmləri doktoru Rafiq Yusif oğlu, Göyərçin jurnalının redaktoru, əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli, gənc şairə Şəfaqət Əsgərova, Azad qələm qəzetinin baş redaktoru Nəcibə ilkin, gənc xanəndə Taleh Orucov, bədii qiraətci İbrahim Qəniyev və başqaları da vardı. Tədbirdə şəhərimizin ağsaqqallarından Əşrəf Veysəlli, Dayandur Sevgi, Qarabağ qazisi Arif Məhərrəmov, Təbrik müəllim, Rafiq Yusif oğlu, Rafiq Oday, Alı Alıyev, Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı, Südabə İrəvanlı, Məhəbbət Quluyev, Hümbət həkim, Ağa müəllim, Əli müəllim, Tapdıq müəllim, Ələmdar müəllim, Zümrüd xanım, Aygün Hacıyeva, Asif Asiman, Elburus Qayalı, Qərib müəllim, Miraslan müəllim və bir çox mötəbər insanlar çıxış etdilər. Tədbir çox yüksək səviyyədə başa çatıb.