Ramilə Atəş: Bu gün mənim ad günüm

Bu gün mənim ad günüm!

Bu gün mənim ad günüm
Nə danışım, nə dinim.
Qocalıram bəlkə deyim
Bu günə niyə sevinim!?.

Uşaqlığım çətin olub
Həyat saçlarımı yolub.
İllər məni çoxdan yorub
Bu gün mənim ad günüm!

Şadlanıram deyim niyə?   
Yaşlanıram deyə -gülə.
Yüksəlirəm pillə -pillə
Bu gün mənim ad günüm.

Yada salanlarım kimdir?
Anam, bacım köməyimdir.
Məni şirin dillə dindir
Bu gün mənim ad günüm.

Adımı verənlər hanı
İnsanları yaxşı tanı.
Bu dünya fanidən fani
Bu gün mənim ad günüm.

Hanı qardaşlar aramır,
Bir dəstə gül də yollamır.
Gözüm yollara dikilib
Bu gün mənim ad günüm.

Günü-günə sata-sata,
Qocalıram qaça -qaça.
Yollar olub niyə haça?
Yıxılıram, dururam mən
Bu gün mənim ad günüm.