ELDƏNİZ KƏRƏMOĞLU: QARABAĞLIYAM
Qarabağlıyam
Eşidin, a dostlar,eşidin məni
Açıram sizlərə mən ürəyimi.
Təzələdiniz siz yenə dərdimi,
Axı, bilirsiniz qəlbi dağlıyam
Vətəndən didərgin Qarabağlıyam.
Soruşurlar bəzən haralısan sən?
Niyə ürəyindən yaralısan sən?
Soruşurlar yurddan aralısan sən?
Vətənə, torpağa elə bağlıyam,
Vətəndən didərgin Qarabağlıyam.
Doğma yurd – yuvamız düşmən əlində
Dözmək çətin olur bu acı dərdə.
Vətənsiz qalmışam indi vətəndə
İstərəm dərdimlə yanam, ağlayam
Vətəndən didərgin Qarabağlıyam
Bu gecə sənsizlik qonaqdır mənə
Oturub dərdimlə söhbət edirdim
Bir qapı zənginin səsin eşitdim.
Onun gəlişinə yaman sevindim
Bu gecə sənsizlik qonaqdır mənə.
Dərdimlə mən ona xidmət edəcəm
Sanma ki, min giley, xiffət edəcəm.
Sanki sənmiş kimi sohbət edəcəm
Bu gecə sənsizlik qonaqdır mənə.
Qov getsin ruhumdan, canı neynirəm
Sənsiz dəqiqəni, anı neynirəm.
Daha açilmasin dani neynirəm
Bu gecə sənsizlik qonaqdır mənə.
Bu dərd urəyimin yarası oldu
Həsrət gözlərimin qarası oldu.
Bəlkə təkliyimin çarası oldu
Bu gecə sənsizlik qonaxqdır mənə.
Eldəniz Kərəmoğlu