KÖNÜL SƏSSİZ: SƏN BİR VƏTƏN DAŞISAN
SƏN BIR VƏTƏN DAŞISAN
Gecə-gündüz çalısıb heç yoruldum deməyən,
Həmişə ayaq üstə, kim soruşsa yaxsıyam
Canı aqrısa belə hec kimə bildirməyən
Üzündə daim gülüş fədakar bacım mənim!
Sən adi qız deyilsən!
Bunu gec başa duşdum, gözüm sanki acıldı
Mən səni yeni gördüm….
Sən adi bir insan, adi qadın deyilsən!
Sən sıradan birisi, adi qadın deyilsən!
Sən həm Ana, həm qadın, gozəl həyat yoldası,
Həm Vətənini sevən….
Yeri gəlsə canını vətənə qurban verən
Sən bir Vətən daşısan!
Əsl azəri qızı, Qarabağlı balası
Asıq Pəri nəslinin layiqli davamcısı!….
Yazıb yaratdıqların qəlbimizi dindirir…
Urəkləri sızladır.
Gözümüzün önündə dünyanı əks etdirir…
Sən bir Həcər qeyrətli, Natəvan kimi yazar
Azərbaycan gözəli!
Adına layiq yaşa!Yaşa….yarat…
Qoy səsin Qarabağımızdan gəlsin!
Şuşamızı vəsv elə,…..Laçınımı səsləndir.
Qoy Üzeyir diyarı, Xanın o şaqraq səsi
Şeirində səslənsin!
Şeirin dilə gəlib ürəkləri titrətsin.
Yaz mənim gözəl bacım, yaz qələmin sınmasın!
Sənə kəm baxanların paxıllığı tutduqca
Sən yaz, yaz ki, paxıllığı tutmasın
Sənə baxıb özünə bir ibrət dərsi alsın.
Sən sevgini,qəlbini şeirlərə vermisən
Şeir sənin ruhunda, canında qanındadır.
Şeirindəki kəlmələr inci kimi düzülüb
Ürəklərə süzülür…
İnsana həyat verir…ümid verir…can verir!
Mən səndən ilham aldım…sənə bir şeir yazdım….
Oxuyanda gülmə haa… çünki şair deyiləm.
Qəlbimdən keçənləri sənə demək istədim.
Bilmədim necə deyim, sənə necə anladım
Qəlbimdən keçənləri…
Sən mənim həyatımın ən gözəl guşəsində
Oturan bir mələksən…
Daim köməyə yetən, yıxılana əl tutan…
Bəzən haqlıykən belə haqsız duruma düşən,
Ancaq hər vaxt haqqını, ədaləti qoruyub
Özünü qurban verən igid bacımsan mənim.
Igid deyirəm, çünki, sən kişi qeyrətlisən!
Başqası üçün yazar, kim üçünsə şairsən.
Mənimçünsə sən hər vaxt öndə gedən sərkərdə
Ailəsinə dayaq həm övlad, həm bacısan…
Çox söz deyə bilerəm… sözlərim çünki bitmir…
Təkcə bunu deyirəm, ey mənim əziz bacım
Yaxşı ki, elə sən…sən mənim bacımsan!
Səninlə fəxr edir anan, bacın, qardaşın!
Səninlə fəxr edir atan, öz elin, oban!
Yaxsı sən bizim, bu elin övladısan.
Biz səni çox sevirik
Səninlə fəxr edirik!
Könül Səssiz