Ramilə Məmmədova: “Vətənimə,ailəmə və sənətimə olan sevgim məni həyata bağlayır

         

Əslən Qərbi Azərbaycanın Qafan rayonunun Mahmudlu kəndindən olan Ramilə Nəsibqızı  Məmmədova Beyləqan rayonunun 1-ci Şahsevən kəndində dünyaya goz acıb. Orta məktəbi orada bitirib. Uşaqlıqdan poeziyaya, şeirə xüsusi marağı olan bu xanım zamanla xəyalındakı arzuları gerçəkləşdirir. Həyatındakı bütün çətinliklərin öhdəsindən gəlir, gec də olsa təhsilini davam etdirir. ABU-nun jurnalistika fakültəsinə daxil olur. Müxtəlif qəzet və jurnallarda müxbir kimi çalışır. Hazırda “Qarabağın Göz Yaşları” jurnalının və Pressaz.az saytının Baş redaktoru və Təsisçisidir. Ailəlidir və bir övladı var. Artıq Ramilə xanım 11 kitabın müəllifidir. Onun vətənə, insanlara, həyata olan sevgisi şeirlərində öz əksini tapır. Həyatda bir çox nailiyyətlər əldə etməsinə baxmayaraq Ramilə xanım həmişə öz sadəliyi və səmimiliyi ilə diqqət çəkir. O, hər zaman – “Vətənimə,ailəmə və sənətimə olan sevgim məni həyata bağlayır və mübariz olmağa kömək edir. Allahıma həmişə şükr edirəm ki, mənə ana olmağı nəsib edib, mənə yazmaq istedadı verib. Mən həyatı sevirəm və bu sevgim, hiss və düşüncələrim şeirə çevrilib ağ vərəqlərə yazılır… ” söyləyir.

Hörmətli Ramilə xanım, bu sevginiz hec zaman azalmasın. Yazan əlləriniz var olsun. Sizə sevgi dolu, xoşbəxt həyat arzulayırıq!

Ad Gününüz Mübarək!

                                                                                                                                  Pressaz.az saytının kollektivi