İspaniya Azərbaycana yeni səfir təyin etdi

İspaniya Krallığının Nazirlər Şurası bir sıra ölkələrə diplomatik nümayəndələr və səfirlər təyin edib. Bu ölkələrin arasında Azərbaycan da var.

Pressaz.az Oxu.Az-a istinadən  xəbər verir ki, Xuan Qonsales Barba Pera İspaniyanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib.

Xuan Qonsales Barba 1966-cı ildə  Sevilyada anadan olub. Hüquq fakültəsinin məzunudur. Cənubi Afrika Respublikası, Yunanıstan, İsrail, Sudan və Türkiyədə diplomatik fəaliyyət göstərib.