“Bölgələrdən-bölgələrə” konsert proqramı Gəncə şəhərində qeyd edildi
22 noyabr 2018-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin “Oğuz-Tayfa” instrumental ansamblı Gəncə şəhərində konsert proqramı ilə çıxış etmişdir. Tədbir Ağstafa və Gəncə Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin mədəniyyət işçiləri və yerli ictimaiyyət iştirak etmişdir. Konsert proqramında musiqili proqram ilə yanaşı balaca rəqqaslarında çıxışları hər kəsin marağına səbəb oldu. Yekunda iştirakçılar bu kimi tədbirlərin keçirilməsinə görə Mədəniyyət Nazirliyinə və Regional İdarələrə öz təşəkkürlərini bildirdilər.
Növbəti Regionlararası konsert proqramının təşkilidə nəzərdə tutulur.