LAMİƏ MƏMİYEVA: HAQQ SÖYLƏYİRƏM

            Haqq söyləyirəm

Mən öz hisslərimi sözlərim ilə
Yazaraq vərəqə həkk eləyirəm.
Yüz ölçüb,bir biçib bilin sonunda      
Hər zaman haqq yazıb, haqq söyləyirəm.
Varsa bir insanın gücü-qüvvəti
Bir işə yaramaz yoxsa qeyrəti.
Hər cürə murdarlıq edib sonunda
Deyirlər zəmanə pozur milləti.
Heç kəs öz səhvini gətirmir dilə
Özünü pak -təmiz bir mələk sanır.
Dost dostu aldadır, ehh gülə – gülə
Baxıram ürəyim yanır, dolanır.
Şeytanı təəccübə salıb insanlar
Yalandan ibadət belə edirlər.
Çox qadın hicabı geysədə belə
Kənarda min cürə oyun edirlər.
Heç kəsi qınamaq deyil niyyətim
Çünki yaradandan qorxu var məndə.
Beynimdə nə varsa onu yazdım mən
Oxuyub beyninə yazarsan səndə.

Lamiə Məmiyeva