Mehriban Xanlarova fotoları ilə təəccübləndirdi + FOTO

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə paylaşdığı şəkillərlə diqqət çəkib.

Pressaz.az Axşam.az-a istinadən xəbər verir ki, fotoda aktrisanın saçları ağarıb, olduğundan yaşlı formada görünüb.

Xanlarova bildirib ki, şəkil “Manqut” tamaşasına hazırlıq zamanı lentə alınıb və o, rolu üçün belə bir qrim edib:

“Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Manqurt” tamaşasına hazırlıq zamanı”.