Kralın tacını oğurlayan tutuldu – Amma hələ ki tac tapılmayıb

Kralın tacını oğurlayan tutuldu – Amma hələ ki tac tapılmayıb.

 

İsveç polisi ölkə tarixi üçün vacib əhəmiyyətə malik olan uğurlu əməliyyat həyata keçirib.

Pressaz.az TASS-a istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik əməkdaşları 17-ci əsrdə yaşamış İsveç kralı 9-cu Karl və onun həyat yoldaşı Kriostinaya məxsus tacları və səltənət kürəsini oğurlayan cinayətkarı həbs ediblər. Sözügedən əşyalar avqustun 1-də Stranqas kilsəsindən yoxa çıxmışdı. Polis hadisəni törədən cinayətkarı yaxalasa da dəyərli tarixi ekspanatları aşkarlaya bilməyib. Hazırda tacların və kürənin yerinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.