“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başa çatdı

“Təbiəti dəyişmə, özünü dəyiş!” devizi altında üç gün davam edən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi bugün başa çatıb.

Pressaz.az eco.gov.az-a istinadən xəbər verir ki, sərgidə müxtəlif ölkələrdən olan şirkətlərin ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönələn ekoloji dost texnologiyaları, həmçinin ekologiya sahəsində həyata keçirilən fəaliyyətləri əks etdirən stendlər nümayiş olunub. Bununla yanaşı böyüklərin və uşaqların maraqlarına səbəb olan maarifləndirici müsabiqələr keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Sərgiyə gələn bütün ziyarətçilər öz maraq dairələrinə uyğun məlumatlar əldə etdilər.