KÖNÜL SƏSSİZ: VƏFASIZ DÜNYA

 Vəfasız dünya 
Dərdim cox, söyləyəcək bir yaxınım yox
Sözüm cox, dinləyəcək lal bulağım yox
Qəmim çox, bölüşməyə bir həmdəmim yox
Eh, vəfasız dünya kimə lazımsan!?…

Bu həyatda tək tənha mən qalacamsa
Sirrimi qəlbimlə paylaşacamsa
Kənardan dərdli- dərdli mən baxacamsa
Eh, vəfasız dünya kimə lazımsan! ?…

Günlər tez-tez ötür, ömürdən gedir
Tənhalıq yoluma iz qoyub gedir.
Sevən sevdiyini tərk edib gedir
Eh, vəfasız dünya kimə lazımsan! ?…