RAMİLƏ ATƏŞ: BAYRAĞIM

 

Bayrağım

 

Nə qədər yüksəkdə dayansa əgər,

Şərəfdi, şöhrətdi, şandı bayrağım !

Mənim də ürəyim sənlə döyünür,

Ruhuma bağlanan candı bayrağım !

 

İftixar hissidi, qürur hissidi,

Mənim şan-şöhrətim canım bayrağım.

Qarabağ gözləyir sənin yolunu,

Dalğalan, Şuşadan, gözəl bayrağım.

 

Kiçikdən, böyüyə hörmət eyləyir,

Üçrəngli bayrağım, canım bayrağım.

Şəhidlər qanıyla göylərə qalxan,

Yüksələn bayrağım, şanlı bayrağım.

 

RAMİLƏ ATƏŞ