Magistral yollar tamamilə müasir standartlara cavab verir
Magistral yollar tamamilə müasir standartlara cavab verir

Sirr deyil ki, hər bir hökumətin xüsusi diqqət yetirdiyi sahələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Məşğulluq əhalinin sosial təminatında və firavan yaşamasında önəmli rol oynayır. O üzdən, bu sahədən yan keçmək, sadəcə, mümkün deyil. Azərbaycanda da dövlət siyasətinin əsas istiqamətlərindən biri əhalinin sosial müdafiəsidir. Məşğulluğun təmin edilməsi isə sosial müdafiənin ən etibarlı formasıdır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılmasının əhəmiyyətini vurğulamış və bu istiqamətdə konkret qərarlar qəbul etmiş, əməli addımlar atmışdır. Nəticədə, ölkəmizdə icra edilən sosial-iqtisadi islahatlarda əhalinin əmək fəaliyyətinin təmin edilməsi mühüm məsələ kimi önə çıxmışdır. Azərbaycanda məşğulluq könüllülük prinsipinə əsaslanmışdır. Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Bu gün əhalinin məşğulluğunun daha çox təmin edilməsi üçün yeni formalardan istifadə olunur, müxtəlif layihələr çərçivəsində beynəlxalq qurumlarla əməkdaşlıq edilir. Və bütün bunlar təbii ki, nəticəsiz qalmır.
Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən qeyd edib ki, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb, lakin bölgələrdən böyük şəhərlərə miqrasiya hələ də mövcuddur. İstənilən fəaliyyətin uğurlu inkişafı ilk növbədə yüksək ixtisaslı və peşəkar kadr heyətinin mövcudluğundan asılıdır. Əhalinin ölkəmizin qanunvericiliyinə zidd olmayan, şəxsi və ictimai tələbatlarının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq qazanc gətirən hər hansı bir fəaliyyətlə məşğul olması onların yaşayış mənbəyi olub, sosial əmin-amanlığın mühüm şərtlərindən birini təşkil edir. İnsanın öz həyat şəraitini yaxşılaşdırması üçün işlə təmin olunması, yəni məşğulluğu vacibdir. Əmək şəraiti və məşğulluq sosial sahənin əsas qolunu təşkil etməklə bilavasitə sosial siyasətin reallaşdığı müstəvidir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məşğulluq siyasəti, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətini təşkil etmiş, hazırda bu siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daim diqqətdə saxlanılır. Son illər ölkə başçısının yeni, daimi iş yerlərinin açılmasını diqqətdə saxlaması bu prosesin uğurla həyata keçirildiyini təsdiqləyir.
Dövlət başçısı İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən onu da qeyd etdi ki, bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bir neçə regional inkişaf proqramının icrası uğurla nəticələnib. Əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Təbii ki, köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Ancaq bu problem artıq ciddi problem kimi mövcud deyil. Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması güclü potensial yaratmışdır. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlərarası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Deyə bilmərəm, hələ ki, biz istənilən 100 faiz nəticəyə çatmışıq, ancaq bir çox bölgələrdə kənd yollarının təqribən 70-80 faizi təmirlidir və keyfiyyətlidir.
Dövlət başçısı İlham Əliyev görüşdə bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.
