Məhrubə Əmiraslanova: – Mental Aritmetika proqramı bir zehni inişaf proqramıdır
Mental arifmetika nədir?
MENTAL ARİFMETİKA – kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsi ilə yerinə yetirilən hesablama növüdür.Mental Aritmetika proqramı bir zehni inişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Azərbaycanda də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan toplama, çıxma, vurma , bölmə və başqa əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür. Bu proqram 6-15 yaş uşaqlara tətbiq edilir. Ümumilikdə 1 illik bir proqramdır. 7-8 ay ərzində toplama və çıxma, 4-5 ay isə vurma və bölmə əməliyyatları tədris olunur.
Mental Aritmetika proqramının övladlarınıza xeyri:
- Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması;
- Riyazi təfəkkürün inkişafı;
- Yaddaşın və qavramanın güclənməsinə köməklik;
- Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi;
Özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s. Mental aritmetika adlandırılan əqli riyaziyyat və yaddaş texnikası proqramları uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir. Sürətli oxuma proqramı isə oxuma sürətini dəqiqədə 2-3 qat artırır. Bu da gün ərzində alınan çox sayda informasiyanın beyin tərəfindən sürətli qəbulu deməkdir.
Mental Arifmetika proqramının yaradıcısı Türkiyəli Professor Məlik Duyardır. Məlik Duyar Abakusda olan hesablama qaydasını barmaqları üzərinə köçürmüşdür. Və beləcə mental arifmetika yaranmışdır.

Media.info az- Könül Səssiz
