Nizami Qərib – yeni şeirlər FOTO

         QAÇILMAZ OLAR

Hər üzü gülərə könül bağlama,
Qırar ürəyini, ağladar səni.
Özün də bilmədən öz əllərinlə,
Kədər ağacına bağladar səni.

Xəyallar bağına qığılcım düşər,
Özünü yandıran oda dönərsən.
Hər gün asta-asta uzaqlaşarsan,
Doğmalar içində yada dönərsən.

Bilməzsən həyatda sağsan, ölüsən,
Ömrün ötüb keçər yar deyə-deyə.
Qəlbin közərdikcə dağ zirvəsində,
Qışda dolanarsan qar deyə-deyə.

Bəxtin qıfıllanar həyat yolunda,
Üzünə qapılar açılmaz olar.
Hər üzü gülərə könlünü versən,
Sonunda ayrılıq qaçılmaz olar.

Nizami Qərib.
27.10.2024.