RAMİLƏ ATƏŞ: Kədər də dostumdur

Kədər də dostumdur

 

Coxdandır əlimə almıram qələm,

Bir səbəb yoxdur ki, ürəkdən güləm.   

Hara baxıramsa dərddi, kədərdi,

Bu nə fəlakətdir, bu nə kələkdir?

 

Hər gələn üzümə gülüb keçsədə,

Qəlbində xəyanət, , kələk biçsədə,

Allah özü məni pisdən qoruyur,

Xəyanət edəni özü sınayır.

 

Çoxu düşünür ki, safam, qanmazam,

Bir fərqli fəsiləm , yazam, payızam.

Vallah nə desələr yenə razıyam,

Amma düşünməyin ağılsız qızam.

 

Sadəyəm, rəhmli, mehribanam mən,

Dosta dost, düşmənə amansızam mən.

Sanmayın kasıbam, xeyirsizəm mən,

Cox böyuk qəlbim var, xəzinəyəm mən.

 

Bilənlər bilirlər cəsarətim var,

Hər yerdə hörmətim, şücaətim var.

Nə qədər söyləsəm fəxarətim var,

Azərbaycan adlı məmləkətim var.

 

Bu elin qızıyam fəxr edirəm mən,

Cənnət bağçasından gül dərirəm mən.

Elə xoşbəxtəm ki, eşitsin hamı,

Kədər də dostumdur, qəm də dostumdur,

Daha bu dünyada dərdim də yoxdur.