İlham Əliyev ədəbiyyatşünasları təltif etdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Araslı Nüşabə Həmid qızı və Məmməd Tahirə Qəşəm qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Prezidentin digır sərəncamı ilə Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Alışanov Şirindil Həsən oğlu, Quliyeva Mahirə Həmid qızı və Yusifov Vaqif Əziz oğlu “Tərəqqi” medalı ilə təltif olunublar.