Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri və kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. – FOTO
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır.
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan suvarma kanaldır.Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Bunlar arasında ilk olaraq Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri sırasındadır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması maliyyə imkanlarımızın təqdimatıdır.” Ölkəmizin gələcək inkişafının əsas istiqamətlərindən qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Cənab İlham Əliyev çıxışında qarşıdakı illərdə həyata keçiriləcək digər layihələrdən də danışaraq onların reallığa çevrilməsi üçün böyük vəsait tələb edildiyini bildirdi. Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün istifadəsinin cari ilin sonu, 2025-ci ilin əvvəlləri üçün nəzərdə tutulması Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, tranzit imkanlarının genişləndirilməsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Hər bir bölgənin inkişafında, iqtisadi imkanlarının artmasında infrastruktur layihələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki nitqində diqqəti bu reallıqlara da yönəltdi ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Ölkəmizdə yeni, müasir yollar diqqətdən kənarda qalmır. Bu hədəf açıqlandı ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaq.” Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edib: “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.
Bir neçə gün öncə Qarabağ kanalının da inşası ilə bağlı sərəncam imzaladığını xatırladan dövlətimizin başçısı bildirib ki, bu kanal isə 9 rayonda 115 min hektarı əhatə edəcək: “Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər gördüyümüz işlərdə əks olunur”.
Prezident vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq var: “Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.