Konqo Respublikası ilə Azərbaycan arasında mühüm əməkdaşlıq istiqaməti olan siyasi əlaqələr uğurla inkişaf edəcək – FOTO

Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır.

Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycanda rəsmi səfərdə oldu. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev bildirdi ki, həm təkbətək, həm də heyətlərin iştirakı ilə geniş tərkibdə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Cənab İlham Əliyev Bakının təşəbbüslərinə Konqonun hər zaman dəstək verdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu dəstəklərin fonunda qurumun institusio¬nal inkişafının təmin edilməsinə diqqəti yönəltdi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri sı-rasında neokolonializmə qarşı mübarizə məsələlərinin də dayandığını vurğulayan cənab İlham Əliyev ölkəmizin xarici siyasə¬tində bu sahənin xüsusi önəm daşıdığını diqqətə çatdırdı: “Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.”
Azərbaycan Respublikası iştirak etdiyi regional və beynəlxalq təşkilatlarda daim fəallığı ilə seçilir. Dünyanın aparıcı təşkilatlarında təmsil olunan ölkəmizin rəhbər tutduğu əsas prinsip qarşılıqlı əlaqalərin inkişafı və beynəlxalq institutların işlərinə yaxından töhfə verməkdir. BMT və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlardakı fəaliyyətimiz bunu bir daha sübut edir. Xüsusilə Qoşulmama Hərəkatındakı fəallığımız bu təşkilata üzv olan dövlətlər tərəfindən çox müsbət qarşılanır. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Hətta üzv ölkələrin xahişi ilə Azərbaycanın sədrlik müddəti daha bir ildə uzadılmışdı.
Azərbaycan Konqoda bir çox investisiya layihələrində, ilk növbədə, kənd təsərrüfatı sahəsində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilick və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. O da məlumdur ki, Konqo təbii resurslarla zəngin, neft hasil və ixrac edən ölkədir. Konqo inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir. Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olması beynəlxalq səviyyədə təqdir edilir.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti daim uğurlarının davamlılığını, dünya miqyasında nüfuzunun artmasını şərtləndirir. Bu gün Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyini daha da möhkəmləndirir. Dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verən Azərbaycanın bərpaolunan enerji sahəsində də təcrübəsinin öyrənilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır.
İki ölkə arasında imzalanan sənədlərin – “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” – çərçivəsi və mahiyyəti ölkələr arasında münasibətlərin yaxın gələcəkdə yeni bir mərhələyə daşınacağını deməyə əsas verir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.