Yazıçı – şair  Ruhiyyə Abbaszadə Fəxri Fərmana layiq görülüb – FOTO

Media.info.az – ın məlumatına görə bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş gözəl bir bayram tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunduqdan sonra, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib müəllim Xudaverdiyev geniş və yaddaqalan nitqi ilə tədbirdə iştirak edən Rayonun ziyalı xanımlarının simasında bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edərək, onların hər birinə dövlətin və rayonun iqtisadi, ictimai-siyasi həyatında bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.

Tədbirdə Şəhid anaları başda olmaqla çıxış edən bütün tədbir iştirakçıları onlara göstərilən bu diqqət və qayğıya görə Rayon rəhbərliyinin kollektivinə minnətdarlıq hisslərini bildiriblər.

Tədbirin sonunda Cəlilabad Rayon İcra Hakimiyyətinin 2024-cü il 1 Mart tarixli 31 nömrəli sərəncamı ilə, Rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə, bir neçə xanım Fəxri Fərmanla təltif olunub.Fəxri Fərmana layiq görülənlər sırasında yazıçı – şair  Ruhiyyə Abbaszadə də vardı.
Ruhiyyə xanımın simasında bütün Azərbaycan xanımlarını təbrik edir, həyat və yaradıcılığında uğurlar arzulayırıq.

Media.info.az – Könül Səssiz