KÖNÜL SƏSSİZ: BU SEVGİMİZİ TARİX YAZARMI

Bir zaman sevirəm söylədim sənə
Gözlərin sevincdən necə parladı.
Ölürəm söyləsəm sənə bu dəfə
Görəsən gözlərin heç ağlayarmı? …

Sevdim, ürəyimi verdim mən sənə
Bu qəlbim,bu canım sənə halaldır.
Bu qalan ömrümü fəda eyləsəm
Ürəyin bu eşqə yas saxlayàrmı? …

Sevəndə and içdik, bu ilk və sondu..
Bu sevgi həyatımızı bəzəyən dondu.
Mən sevgimi qoruyub, sənə inandım
Sən söylə, bu sevgimizi tarix yazarmı? ..

Sevgi….bu kəlmə əzizdir mənə
Eşq, sevgi mənasız gəlməsin sənə.
Sevgini gözlərin hiss etdirməsə
Sevdiyin bu sevgiyə heç inanarmı?….

Sev, sevginlə yaşa,yarat sən
Sevgi butun qapıları açar,bir bilsən.
Sevgi aldığımız bir nəfəs isə
Nəfəssiz bir insan de, yaşayarmı?…

Könül Sessiz adlı şəxsin şəkli.