Təhsilimizə ağır itki üz vermişdir – FOTO
Təhsilimizə ağır itki üz vermişdir. Azərbaycanın qabaqcıl maarif xadimi BİKƏ ORUC QIZI ƏSƏDOVA dünyasını dəyişmişdir.
Bikə Oruc qızı Əsədova 22 dekabr 1930-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. 1937-1944 illərdə Ağdam şəhər 2 nömrəli yeddiillik məktəbdə oxumuşdur. 1944-1947 illərdə Ağdam pedaqoji məktəbində təhsil almışdır. Ağdam Dövlət Müəllimlər İnstitutunun Tarix şöbəsində oxumuş (1948-1950), fərqlənmə diplomu ilə bitirmişdir.
Bikə Əsədova Ağdam şəhər 1 nömrəli orta məktəbin tarix müəllimi (1950-1954), Ağdam rayonu Seyidli kənd yeddiillik məktəbin tarix müəllimi (1954-1959), Ağdam şəhər 1 nömrəli orta məktəbin tarix müəllimi (1959-1993) işləmişdir.
Bikə Əsədova SSRİ Ali Sovetinin əmri ilə “Əmək veteranı” medalı ilə təltif edilmişdir.
Qabaqcıl maarif xadimi Bikə Oruc qızı Əsədovanın əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Qeyd edək ki, Bikə müəllimə itkin şəhid Yalçın Əsədovun anasıdır.
Media.info.az kollektivi olaraq Bikə xanımın ailəsinin hüznünə şərik olur və onu sevən hər kəsə Allahdan səbr diləyirik.
ALLAH rəhmət etsin!