Bakıda Tofiq Quliyev adına birinci estrada mahnı müsabiqəsinin qala-konserti olacaq

Noyabrın 7-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr olunan birinci estrada mahnı müsabiqəsinin qala-konserti keçiriləcək.

Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Həmçinin noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda müsabiqənin nəticələrinə həsr edilən mətbuat konfransı, həmçinin qaliblərin mükafatlandırılması mərasimi olacaq.

http://mct.gov.az