Fazil Əsəd:”Salam,Şəhidim!”… FOTO
Beyləqan rayonunun İkinci Aşıqlı kəndinin igid , cəsur , qorxmaz oğulları çoxdur. Onlardan biri də Azərbaycan ordusunda ” Komando ” sıralarında xidmət etmiş və 2022 – ci ilin sentyabr ayının 13 – də Laçında erməni faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olan Ağazadə Mirtalib Mirheydər oğludur .
Son döyüşündə ” Hər şey vətən üçün ” söyləyən Mirtalib vətənimizin azadlığı , müstəqilliyi və torpaqlarımızın son qarışına kimi erməni işğalından azad olunması uğrunda
son damla qanından keçərək şərəfli və müqəddəs şəhid adını qazandı.
Mirtalibin qəhrəmanlığı , igidliyi , cəsurluğu haqqında çox danışmaq olar. Amma onun həmişə gülümsəyən üzü , hətta ölümün üzərinə gedərkən sifətində yaranan təbəssüm ,son anda dilindən çıxan
” hər şey vətən üçün ” cümləsi necə bir vətənpərvər oğul olmasına dəlalət edir .
Nur simalı , nur zəkalı şəhidimiz !
Biz səndən örnək götürüb vətən sevgimizə qatmışıq .Həmçinin gənclər üçün bir mayaka , işığa çevrildin . Gələcəyə gedən yolumuza işıq saldın , salırsan və salacaqsan…
Əziz şəhidimiz , biz səninlə fəxr edirik.
Allah sənə rəhmət eləsin. Yerin behişt olsun .
SALAM , ŞƏHİDİM
Müjdəli xəbər oldunuz ,
Vətənə sipər oldunuz.
Ürəyə təpər oldunuz ,
Salam , şəhidim , salam !
Gözümüzə nur verdiniz ,
Özümüzə nur verdiniz .
…siz bizə qürur verdiniz ,
Salam , şəhidim , salam !
Soz zirvələrdə oldunuz ,
Siz zirvələrdə qaldınız .
Siz Qarabağı aldınız ,
Salam , şəhidim , salam !
Fazil Əsəd.