Ziyafət Tovuzlu:”Tovuzum”…FOTO

        TOVUZUM

Aran isti,dağ da sərin.
Meh də əsir sərin-sərin.
Oylaq olub dərələrin,
Bulaqları bal Tovuzum.

Əsrik çayı layla çalır,
Gələn gedən ləzzət alır.
Gözəlliyin yadda qalır
Yal,yamacı al Tovuzum.

Ziyafət heyrandı sənə,
Gözü doymaz mənzərənə.
Gəldi gördü coşdu sinə,
Sən salamat qal Tovuzum.

 

ÖZÜNÜ TƏSƏLLİ.

Yaz…
Yaz ki,xoşbəxtəm.
Hər şeyin acığına yaz.
Yaz ki,yaşamaq gözəldi,
Yaz ki,ümidlərim ölməyib.
Yaz ki,hər şey qabaqdadı…
Yaşa,hər şeyin acığına.
Yaz…
Ümidin əlindən yapış
Xoşbəxtliyin ətəyindən yapış.
Buraxma,çarpış.
Hər kəsin acığına,yaz ki,xoşbəxtəm.
Ən gözəl paltarı gey,
Ayaqqabılarını parlat.
Saçlarını arxaya tarım dara,
Qamətini düz tut.
Səmaya bax gülümsə,
Gül.
Gül,de ki,xoşbəxtəm.

Könlündən ağlamaq keçsə,
Yaz yağışını gözlə.
Payızın çiskinini,dumanını gözlə.
Ağlamaq istəsən,
Qışın lopa-lopa yağan qarını gözlə.
Qoy qar kipriyini ağırlaşdırsın.
Ya görən olsa de ki,
Soyuqdan yaşarıb gözlərim.
Ya da,göz yaşını içinə axıt,görən olmasın…

Xoş olmayan xatirələri
Səni incidən hadisələri,
İçində boğduğun kədəri,qəmi
Hamsını yaz…
Yaz,at.Zibil qutusuna.
Yaz,hər sətirdə yaz.
Yaz ki,xoşbəxtəm!

DAĞLAR.ALLAHIN HƏDİYYƏSİ.

Çıxıb yüksəkliyə,seyr elədinmi??
Dağların əzəmətini.
Seyr elədinmi?-Allahın qüdrətini.
İç-içə keçirilmiş ilməyə bənzəyir,
Səfsiz,filansız…

Birinin başında,qarı görsənir.
Birinin sinəsində duman yellənir.
Birinin başı sıx meşəlikdi,
Birinin başı güldür,çiçəkdir.
Biri,başdan-başa sal qayalıqdır,
Birinin sinəsindən yol salınıbdır.

Allahın yaratdığı qüdrətə baaxx…
Torpağın sinəsində sərhəddimi,səddimi?..
Torpağı qoruyan,bərədimi,bənddimi..
Tanrının yaratdığı hikmətdimi?-
Baxıb dərs alaq deyə…

Dağları,yeri bərkitmək üçün yaratdım dedi.
Dağlara baxıb,bərkiyək deyə
Zirvəyə qalxıb,enməyək deyə…
Dağları bizlərə,hədiyyə etdi.
ALLAH,BÖYÜKDÜ!


 Ziyafət Tovuzlu