Dilguşə Gülümcan:” Deyirlər sevginin yaşı yoxdur… Kimə və nəyə…” FOTO

İnsan yaranan gündən Allah onun qəlbini sevgiylə doldurub yerə göndərib ki, sevgisini gələcək nəsillə paylaşsın, nifrətə yer qalmasın.
Bu sevgi Allaha, Torpağa, Vətənə, bütün insanlara bölünür.
Təəssüf ki, Şeytan şirin dillə insanı yoldan çıxarıb və yolun azdırır…
Qaldı ki, sevginin yaşının olmamasına. Doğrudu Allaha, Torpağa, Vətənə sevginin yaşı olmur. Yaşlandıqca daha çox sevirsən onları. Bu sevgini azaltmağa şeytanın gücü yetmir.( çox az insanları nəzərə almasaq, onlar da qocalanda peşmançılıq çəkirlər).
Keçək insanlara, əks cins arasındakı sevgidən danışaq.

Gənclikdə sevən hər kəs kor və kar olur, deyilənləri eşitmir, əyər-əskiyi görmür. Sonra da çox gec olur.
Orta yaşda sevdiyini özü kimi görmək istəyir, özünü hamıdan ağıllı bilir. Ona görə də ya sevənini itirir, ya da dörd yol ayrıcında çıxılmaz vəziyyətdə qalır. Sonra peşiman olsa da o da gec olur.
Ahıl yaşda sevərsə bu sevgi onu anlayan, dərdinə şərik olan birinə qohumluq hissi yaradır. Çünkü o yaşda ağı qaradan seçə bilib , kiməsə özünü qurban etməmək qərarını verir. Öz həyatını yaşamaq istəyir.(Amma özü bunu bilmir).
Qohumun da həm pisi, həm yaxşısı olur. Nə kəsib ata bilirsən, nə də dözə bilirsən. Bir qərara gəlib nəticə çıxartmaq istəyəndə də ağlını itirmiş kimi görünürsən.
Gəldik çıxdıq qocalıqda sevgiyə.
Bu artıq sevgi deyil. Özünə həmdəm, necə deyərlər qulaq yoldaşı, oğul-uşağa möhtac olmaq qorxusundan kiməsə meyil salmaq və onu sevgi kimi anlamaqdır.
Sevgi haqqında çox geniş yazmaq olar.
Bilmirəm siz necə mən sevgini bu cür görürəm…
Amma eşq deyilən bir hiss var ki, o hər kəsə nəsib olmur. Allah tərəfindən göndərilən bir əvəzolunmaz hiss olur…
Aşiq olanlar haqq dünyaya gedənə qədər qəlbində aşiq olduğu insandan başqa kimsəyə yer ayırmır.
Bax onda şeytanın gücü azalır və Allahın varlığına boyun əyir.

 

Dilguşə Gülümcan – media.info.az