Azərbaycanda taksi qiymətləri artdı
Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gediş haqqı qiymətlərini qaldırıblar.
Media.info.az Oxu.Az – a istinadən xəbər verir ki, “Uber”, “Bolt” və “Yango” şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub.
Qeyd edək ki, əvvəllər bu məbləğ 1-1,60 AZN aralığında dəyişirdi.