Şair publisist Püstə Rəvan:” ANALI DÜNYAM”… VİDEO

     ANALI DÜNYAM

Eşit harayımı, eşit ilahi,
Analı dünyamı qaytar İlahi,
Ana laylasıdı könül məlhəmim,
Analı dünyamı qaytar ilahi.

Soyumuş qəlbimdə od qalayıram,
Bəlkə isindirə məni bu axşam.
Anam gedən gündən qan ağlayıram
Analı dünyamı qaytar ilahi.

Çöldə ağaclar da geyinib bəyaz,
Ruhumu titrədir bu soyuq sazaq.
Mən kimə sığınım isinim bir az?
Analı dünyamı qaytar ilahi.

Çəkirsən sinəmə niyə dərd dağın?
Qoxusun duydurub qara torpağın!
İstərəm anamın isti qucağın,
Analı dünyamı qaytar ilahi.

Nəyimə gərəkdir bu cansız bədən,
Torpaqlar qoynuna al onu da sən.
Qarşında diz çöküb, əl açıram mən,
Analı dünyamı qaytar ilahi.

Şair publisist Püstə Rəvan – media.info.az