Dilguşə Gülümcan:”Şairə toxunma”… VİDEO
SAİRƏ TOXUNMA…
Şair üzü gülər, içi ahuzar,
Sevgidən söz qoşub şeirlər yazar,
Ruhu ara-sıra yolunu azar,
Kədərli gözləri ağlardı, bilin…
Şair gah ozandır, gah sazlı aşıq,
Vətənə, millətə tək sadiq aşiq,
Qaranlıq yerlərdə nur saçan işıq,
Dəniz tək həm sakit, çağlardı, bilin…
Şair sirri verməz, qırılmaz qənbər,
Qələmi bir oxdur, qalxanı dəftər,
Yazdığıyla qazar ən dərin səngər,
Düşmənə basılan dağlardı bilin…
Şairə toxunma atəşdir, yaxar,
Şağrar çaylar kimi sel olub axar,
Göydə guruldayıb şimşəktək çaxar,
Dərə yox, keçilməz dağlardı, bilin…
05.06.2023 il. Dilguşə Gülümcan.