Müşviq Rafaeloğlu:” Acılar yaşayıb, gülən adamam”… VİDEO
Acılar yaşayıb, gülən adamam
Bir dünya möhnət var belimdə mənim,
Saflığım kəsilib özümə qənim.
Qəhər gözlərində doğdu gülşənim,
Acılar yaşayıb, gülən adamam.
Nadan simalardan gözüm usanıb,
Baxışım sərtləşib, sözüm utanıb.
Əqlim intiharda, ruhum oyanıb,
Mən ki, dirilməmiş ölən adamam.
Kimə dost demişdim çarpaz dağladı,
Yarama kül basdı, sıxdı, bağladı.
Cismim kövrəkləşdi, ruhum ağladı.
Mən dostun zərbəsin bilən adamam.
Qürbətə düşmədi nə həyam, arım,
Yoluma nur saçdı əhdim, ilqarım.
Qərib gecələrin laylası tarım.
Müşviqəm, neməti bölən adamam.
Müşviq Rafaeloğlu – media.info.az