LAMİƏ MƏMİYEVA: ÖLMÜŞ ARZULAR
ÖLMÜŞ ARZULAR
Dərd dolu bir ömür yaşayıram mən,
Heç kim anlamayır, hec kim görməyir.
Dərdimin dərdini yaşayıram mən,
Qəlbimin acısın heç kim bilməyir.
Xoşbəxtlik donubdur dodaqlarımda,
Fikrim xoşbəxtliyi xəyal eyləyir.
Xəyalən olsa da bircə anlığa,
Ölmüş xoşbəxtliyim yaşam istəyir.
Bilmirəm səbəbi nə üçün, nədən
Çəkirəm cəzamı səbəb bilmədən.
Ölmüş arzularım, ümidlərim də,
Azadkən dustaqlıq yaşayıram mən.
Oxunubdur mənə ömürlük cəza,
Dörd divar, dərdlərim, bir də mən varam.
Bəlkə azadlığa qovuşdu bir gün,
Çarəsi tapıldı sağaldı yaram.
Lamiə Məmiyeva