Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədləri açılır
Heç kim istəməz ki, yenidən pandemiya vəziyyəti yaransın və yoluxmalar bu və digər formada sürətlə artsın. Təbii ki, bundan sonra pandemiyanın qorxunc fəsadları olmayacaq. Amma yenə də görürsünüz ki, hər gün yoluxma ilə bağlı statistik rəqəmlərdə dəyişiklik olur. Mən hər gün həmin statistikanı izləyirəm, iki-üç nəfər də olsa, ölüm hadisələri var.
Yeni yoluxanların sayı isə ortalama 30-86 nəfər arasında dəyişir. Deməli, yenə də bu xəstəlik var, fəsadları var. İndi bunu yenə də yüz ölçüb, bir biçmək lazımdır. Bu məsuliyyət də, qərar da Nazirlər Kabineti yanında Operativ Qərargahın çiyinlərindədir”.
Quru sərhədlərin açılması turizm sektoruna da təsir göstərəcək. Turistik səfərlərin yenidən başlaması nə kimi avantaj və narahatlıq yarada bilər?
Məsələ ilə əlaqədar turizm üzrə ekspert Rəhman Quliyev Oxu.Az-a açıqlamasında qonşu ölkələrlə quru sərhədlərin bağlılığının pandemiyadan qalan qadağalardan biri olduğunu qeyd edib:
“Bu, əsasən, Gürcüstanda və Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana gəlib-qayıtmalarında müəyyən qədər çətinlik yaradır. Amma onu da nəzərə almalıyıq ki, bu gün koronavirus pandemiyası hələ bitməyib. Bu baxımdan, Nazirlər Kabinetinin rəsmi qərarını gözləməliyik. Digər tərəfdən, Azərbaycan turizminə heç bir ciddi mənfi təsirini görmürəm.
Düzdür, pandemiyadan qabaqkı illərə nəzər salsaq, görərik ki, Gürcüstana və Rusiyanın bizə yaxın əyalətlərinə kütləvi surətdə turist axını olurdu. Amma sərhədlər bağlandıqdan sonra həmin kütlə regionlarımızda istirahət etməyə daha çox üstünlük verir. Bu halda valyuta ölkədə qalır.
Xaricdən gələnlərin sayəsində də bölgələrimizdə olan bütün istirahət mərkəzləri, hotellər, iaşə müəssisələri də tam gücü ilə fəaliyyət göstərir. Bu da yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, bu da iqtisadiyyatımıza mühüm töhfə verir”.
Qeyd edək ki, Azərbaycan quru sərhədlərini 2020-ci ilin martından etibarən COVID-19 virusunun yayılmasının, pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlanıb.
Mənbə:oxu.az