Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir- VİDEO
Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində qırmızı rəng köhnə maşını ilə Türkiyəyə yardım kampaniyasına qoşulan şəxsin kimliyi bəlli olub.
Media.info.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə yazan izləyicilər bildiriblər ki, həmin şəxs Səlvər Bəşirlidir. Onun maşının fotosunu isə fotoqraf Elvin Əliyev çəkib.
Maşın üzərinə yorğan-döşək yüklənən zaman çəkilən görüntünü təqdim edirik: