Növbəti “Jara” festivalının vaxtı bəlli oldu
Rusiyalı məşhurların iştirakı ilə Bakıda keçirilən “Jara” festivalının 2019-cu ildəki keçirilmə vaxtı bəlli olub.
Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Jara”nın rəsmi “Instagram” hesabında məlumat verilib.
Bildirilib ki, festival 4 gün keçiriləcək və 25,26,27 və 28 iyul tarixlərinə təsadüf edəcək.
Qeyd edək ki, festival Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir.