Qarabağın odlu-alovlu, qanlı savaşlarının döyüşçüsü, əlili, Azərbaycan və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmovun həyat yolundan… FOTO

Arif Məhərrəmov:”Məndən ötrü narahat olanlardan Vətən ücün vacib olaraq müalicəmi yarimçiq saxladım. Məni bağışlayın ki, özümü qorumadığıma görə sizi nigaran qoyuram.

Mən Vətənimiz – Xalqımız uğrunda 44 günlük müharibədə növbəti dəfə aldığım xəsarətdən yara ağrılarımla əlaqədar aldığım təxirə salınmayan vacib müalicəmi Vətənimizin xilasından ötrü yarımçıq saxlamaq məcburiyyətində qaldım. Amma Zəfər Qələbəmizi tezliklə əldə edib Xalqımıza müjdə qazandırmaq ücün hər bir kəs Vətən uğrunda müsəlləh əsgərdir!!!


Mənim də borcuma düşən Milli Vətənpərvərlik ruhunun artması üçün, Vətənə borcumu davam etmək üçün mənim səs – soragıma, odlu – alovlu emosional cıxışıma ehtiyac duyan döyüşcü zabit – əsgər heyətinə öz minnətdarlığımı bildirirəm.
Necə ki, 2001 – ci ildə Vətənpərvər Liderimiz, Qəhrəman Sərkərdəmiz İlham Əliyevlə görüşərkən bildirmişdir ki, sənin odlu, emosional çıxışlarına diqqət yetirəndə çox məmnun qaldım və düşünürəm  ki, Milli Vətənpərvərlik ruhunun artması üçün hər zaman hər yerdə çıxışına ehtiyac var!!!
Dahi Şəxsiyyət Böyük Sərkərdə Heydər Əliyevlə görüşdüyüm zaman ətrafımızda olan nazirlərə və dövlət məmurlarına məni göstərərək tapşırıq verərək məni Canlı Qəhrəmanlıq Eksponatı adlandıraraq bildirmişdir ki, sizlər Arif Məhərrəmovun hər zaman cıxışlarını təşkil etsəniz xalqın azadlıq mübarizəsində və Xalqımızı – Vətənimizi qorumaq əzmində Vətən qəzasında yaşadığı zülmləri, keçdiyi əzablı ömür yollarını danışmağı əsasında Vətənpərvərlik məqamına çox böyük töhvə verməsi, Milli ruhun artmasında Arifin çıxışı Vətənpərvərlik hissinə danılmaz nümunə olacaq!”

Dahi Şəxsiyyət Ulu Öndər Heydər Əliyev məni dəyərli Generalımız Bəylər Eyyubova tapşırdıgından yazdıqlarımın canlı şahididir.
Var olsun Azərbaycan  – Türk Dünyası varlığı və onu qoruyanlar!!!”

Qarabağın odlu-alovlu, qanlı savaşlarının döyüşçüsü, əlili, Azərbaycan və Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov həyat yolundan…

     Arif Vəli oğlu Məhərrəmov 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983-85-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 Yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb.
1992-ci ilin yanvarında döyüşlərə yollanır. Agdamda Allahverdi Bağırovun könüllü özünü müdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Ağdama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır.

Heydər Əliyev 1994-cü ildə 20 Yanvar faciəsi ilə bağlı keçirilən iclasda Arif Məhərrəmovu “canlı qəhrəmanlıq eksponatı” adlandırıb.

Arif Məhərrəmov 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb.