Rəna Qurbanlı Qılıcova – Yeni şeirlər… FOTO


Atan ölməyibdi, şəhid olubdu…

Bir körpə görmüşəm məzar başında,
Dil töküb ağlayır o, bu yaşında.
Elə bil dəniz tək birdən çağlayır,
Birdən də coşaraq bərkdən ağlayır.

Anası dayanıb seyr edir onu,
Geyinib əyninə qarqara donu.
Ürəyi çırpınıb eyləyir üsyan,
Hönkürüb körpəyə qoşulur bu an.

O,sənin yolunda qoydu canını,
Yerlərlə bir etdi düşmən qanını.
O, səni tək qoyub getməzdi inan,
Bilir ki, yanında var sənin anan.

Mən sənə anayam, həm də ki, ata.
Qoymaram əlinə bir tikan bata.
Atan ölməyibdir, şəhid olubdur.
O,bütün qəlblərə sanki dolubdur.

Sən küsüb, incimə heç vaxt atandan,
Səninlə birgədir ürəyi bu an!
Fəxr elə atanla, qoruyub bizi.
Qoruyub həmi də vətənimizi!

Şəhidin var, Azərbaycan!

Qalx ayağa, Azərbaycan!
İgidlərin veribdi can.
Hər şey olub yerlə yeksan.
Gölə dönüb süzülən qan.

Bu qan bizim qanımızdır.
O, igidlər canımızdır!
Şəhidin var Azərbaycan!
Qoyma yerdə qalsın o qan.

İdid əsgər möhkəm dayan.
Sizinlədir xalqın hər an.
Ey igidlər, ey ərənlər.
Burda mənəm,mən deyənlər.

Qığılcım tək qalx ayağa,
Sahib çıxın o torpağa.
Qoruyun siz bu vətənəni,
Məhv eləyin tez düşməni.

Rəssamdır yaradan özü!

Boylanıb baxıram çölə, çəmənə,
Əsən meh nəğmələr söyləyir mənə.
Cürbəcür səs gəlir bax qulağıma.
Təbəssüm qonubdur bu dodağıma.

Quşlar sıra ilə dövrə vururlar.
Sanki oxumağa növbə qururlar.
Yayılır ətrafa bülbülün səsi.
Heyrətə salıbdı bu səs hər kəsi.

Hər cürə gül açıb gözəl çəməndə,
Bunlardan çox ləzzət almışam mən də.
Çayın şırıltısı çalır zümzümə,
Sərin meh toxunur burda üzümə.

Təbiət sehrinə salıbdı məni,
Sevirəm yam-yaşıl gözəl çəməni.
Ən gözəl rəssamdır yaradan özü,
Heç kimin bunlara olammaz sözü.

Qızlara sahib çıxaq!

Gəlin sahib çıxaq biz övladlara,
Baxmayaq dövlətə, nə də ki, vara.
Yerdən yığılmayıb onların canı,
Dolanır canında bizlərin qanı.

Qorxmayın, analar qalxın ayağa!
İnamla baxın siz hər an uzağa.
Zülümlə böyüyür, gəlirlər başa,
Qoymayın dönsünlər bir mərmər daşa.

Baxmayın kimsənin qınaq sözünə,
Qıymayın onların heç vaxt özünə.
Qızları əzməyə verməyin imkan,
Onların dalında dayanın hər an.

Elə ki, əlindən getdi övladın,
O zaman qırıldı bil ki, qanadın.
Qoymayın qırılsın qanadlarınız.
Qorxmayın, qınağa gəlməz adınız.

Deyirəm hamıya, deyirəm bir baş,
İmkan verməyin ki, qızlar olsun daş.
Analar, eşidin sözümü yenə.
O daşlar qız olub dönməzlər sənə.

Rəna Qurbanlı-Qılıcova