Lənkəranda çaqqal sakinlərə hücum edib, 4 yaşlı uşağı dişləyib – VİDEO

Lənkəranda həyətə soxulan çaqqal uşaqlara hücum edərək onlardan birini yaralayıb.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  hadisə Lənkəran rayonunun Şürük kəndində baş verib. 4 yaşlı Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqlardan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqaldan xilas edə bilib. Üzündən və ayağından xəsarət alan Səbuhi dərhal xəstəxanaya çatdırılıb.

Lakin evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan həmin çaqqal yenidən Səbuhi Əzizov və anasına, eləcə də ətrafdakı insanlara hücum çəkib.

Heyvanın tək halda və insanlara hücum etməsi səbəbindən onun quduz olması ehtimal edilir.

Sakinlər deyiblər ki, çaqqalın gündüz vaxtı kəndin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşırlar.

Faktın yaratdığı təhlükəni nəzərə alaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, bununla bağlı onlara hər hansı bir müraciət daxil olmayıb. Əgər quruma, habelə müvafiq icra orqanlarına müraciət daxil olarsa, lazımi addımların atılması üçün tədbirlər görüləcək. Ümumiyyətlə isə bu vəhşi heyvanın vurulması qadağandır və müvafiq cərimələr nəzərdə tutulub.

Odur ki, oxşar hadisələrin təkararlanmaması üçün sakinlər ən qısa müddətdə müvafiq qurumlara müraciət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az