Hüquqşünas şair Ədalət Əroğlu:”Cəbrayılım, azadlığın mübarək!” FOTO
İki il öncə doğulub boya-başa çatdığım Cəbrayıl rayonu Qəhrəman Şəhidlərimizin, Qazilərimizin qanları bahasına yadelli daşnaklardan təmizlənərək doğma vətənimiz Azərbaycanımıza qovuşdu. Buna görə Vətən uğrunda canlarını qurban vermiş Bütün Şəhidlərimizi ehtiramla yad edir, Qəhrəmanlarımızın hər birinin ruhu qarşısında baş əyir, əsgər və zabitlərimizə isə can sağlığı Arzulayıram.
Bir də yağı düşmən bilməlidir ki, başqasının torpağına göz dikə bilməzlər!
30 il ərzində düşmənin Qarabağın ərazisini işğal edib orada çox möhkəm istehkamlar qurduğunu söyləyən Ali Baş Komandanımız öz “Twitter” səhifəsində bu sözləri yazmışdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”
2 il öncə cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, həmçinin rayonun 10 kəndini, sonrakı gün isə daha 3 kəndini azad edən müzəffər ordumuzu ancaq və ancaq alqışlamaq qalır. Allah əsgər və zabitlərimizi qorusun. Yaşasın Azərbaycan Ordusu!
Şükürlər olsun ki, bu gün Cəbrayıl rayonu igidlərimizin qəhrəmanlıqları sayəsində azadddır. Allah bütün qəhrəman Şəhidlərimizə Rəhmət eləsin!
Cəbrayılım, Azadlığın Mübarək!
Hüquqşünas şair Ədalət Əroğlu