ŞƏHİD AĞAZADƏ MİRTALIB HEYDƏR OĞLU BEYLƏQAN ŞƏHİDLƏR XİYABANINDA DƏFN EDILIB – FOTO
Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi Ağazadə Mirtalıb Heydər oğlunun nəşi doğma kəndinə gətirilib. Şəhidin böyüyüb boya başa çatdığı evdə vida mərasimi keçirilib. Şəhid Ağazadə Mirtalıb Heydər oğlu 1994-ci il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Ötən il könüllü olaraq ordu sıralarına qoşularaq müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb.
Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!