Nizami Qərib: “QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN”
QURBAN BAYRAMINIZ MÜBARƏK OLSUN
Yolu zirvələrdən salan, millətim,
Adı tarixlərdə qalan, millətim,
Kasıbın könlünü alan, millətim,
Qurban bayramınız mübarək olsun.
Qəlblərdə taxt tikib-quran oğullar,
İstəyi, amalı Turan oğullar,
Vətən keşiyində duran oğullar,
Qurban bayramınız mübarək olsun!
Haqqın müjdəçisi xoca atalar,
Başı buludlardan uca atalar,
Ağbirçək analar, qoca atalar,
Qurban bayramınız mübarək olsun!
Kəsin qurbanları, verin ehsanı,
Qazanın sağ ikən təmiz ad-sanı.
Ey şərin düşməni, xeyir insanı,
Qurban bayramınız mübarək olsun!
Nizami Qərib – pressaz.az