Püstə Rəvan – Yeni şeirlər

AĞARAN SAÇLARIM

Gəncliyimə son qoyaraq,
Nə tez ağardın saçlarım.
Hər bir işin öz vaxtı var,
Yaman tələsdin saçlarım.

Cavanlıqda çox sevərdim,
Saçlarımın ağarmasın,
İndi tamam tərsinədir,
Arzularım qaralmasın.

Saçlarımın ağarması,
Qocalıqdan nişanədir,
Ləyaqətlə ağaran saç,
Gözəl ömrün bəhrəsidir.

Ağ saçım deyir mənə,
Yüqarlı dağ, qarlı olar.
Zirvəsi uca olsada,
Ətəkləri barlı olar.

Sən ömrümün yaraşığı,
Mənim kimi cəfalısan,
Püstəylə cüt qocalırsan,
Saçlar necə vəfalısan.

SEVİB SEVİLƏNLƏR

Taleyin zülmüdü, tökülüb göydən,
İnsanlar içində, baş dolandırır.
Sevgi – sədaqətdən söz düşən zaman.
Hərdən gözlərində yaş dolandırır.

Sinədə nə yanğı, nə məhəbbət var,
Allah daş yaradıb, daşdı özüdə,
Onun, özününde öz adamı var.
Bir mələk simalı onun gözünde.

Sevgidə yalnışdı, məhəbbətdə bil,
Kart oyununa bənzər belə yaşamaq.
Sevib – sevilənlər kaş biləydilər.
Sonradan gec olur, onla barışmaq.

Belədir dünyanın işi, əməli.
Sevməkdən də əvvəl, sevilmək gərək,
Sevginin əzəldən olsa təməli,
Belə sevilməyin qədrini bilək.

AMAN A DÜNYA

Bilməmişik, həyat yaman ağırmış,
Zülm göydən yağış kimi yağırmış.
Adamcıqlar dünənədək sağıymış,-
Ağırdır günlərim aman a dünya.

Haramlar halalı basıb yedilər,
Üstündən su içib yoxdu dedilər.
Alın tərimizdən qumaş geydilər,
Ağırdı dərdlərim, yaman a dünya.

Uşaqlıq əqlimdə qalıb çoxdandı,
Ələ baxan olduq, bu da yoxdandı…
İndi danışımmı, ancaq toxdayım,
Əyilibdi belim, kaman a dünya.

Püstə, haqqa tapşır bəd əməlləri,
Arxada qoymusam neçə illəri,
Boş görüm həmişə oğru əlləri,
Əlindən eylərəm aman a dünya.

ÇAĞIR MƏNİ

Yol – yamacın ürəyimdə bir qatar,
Sinən üstə bir dünyalıq el yatar,
Həzinliyin ürəyimə yol tapar,
Çağır məni dostum, çağır uzaqdan.
Sakit – sakit bu yaz əsən sazaqdan.

Yol boyunca dağın-daşın bir aləm,
Qar çiçəyi baş qaldırar dəm ha dəm,
Mən dözmərəm gözlərində görsəm qəm,
Çağır məni dostum, çağır uzaqdan,
Sakit – sakit bu yaz əsən sazaqdan.

Bahar ola bizim eldə həmişə,
Düşmən görə ürəyinə od düşə,
Doğmalarım qucaqlaşıb görüşə,
Çağır məni dostum, çağır uzaqdan,
Sakit-sakit bu yaz əsən sazaqdan.

Püstə, arzuların çırağa dönsün,
Erməni yağısının işığı sönsün,
Sevin ki, vətənin ürəkdən gülsün,
Çağır mənə dostum, çağır uzaqdan,
Sakit – sakit bu yaz əsən sazaqdan.

 

PÜSTƏ RƏVAN – Pressaz.az