Şair publisist Nizami Qərib: “Son zəng” FOTO
ZON ZƏNG
Bir azdan gələcək son zəngin səsi,
Necə həyacanla döyünür ürək.
On bir il bizimlə bir addımlayan,
Ünvana çatacaq çox arzu-dilək.
Keçmişdə qalacaq uşaqlığımız,
Gözümüz gəzəcək ilk müəllimi.
Kimi sevinəcək son zəng səsinə,
Kövrəlib dolacaq kimi bəllimi…
Əlvida bizləri böyüdən məktəb,
Əlvida partamız, şagird adımız.
Daha ayrılırıq, ey doğma sinif,
Səninlə xoş keçdi hər saatımız.
Nizami Qərib.
14.06.2022. – Pressaz.az