Natella Nur:”Vətən səni qoruyarıq!”…

VƏTƏN, SƏNİ QORUYARIQ

Çiçəkli dağ ətəyində,
Şuşanın Cıdır düzündə,
Mavı Göygöl sahilində,
Ala çinar kölgəsində,
Məclis quraq şeir deyək,
Vətən səni vəsf eləyək.
Doymaq olmur havasından,
Ana vətən torpağından.
Göy Xəzərin ləpələnir,
Sənlə şirin söhbət edir.
Övladların gəlir- gedir,
Canım, əziz vətən deyir.
Şirin baldır öz dilimiz,
Əziz olub, hər ləhcəmiz.
Unudulmaz adətimiz,
Qədir biləndir elimiz.
Vətən səni qoruyarıq,
Bayrağını ucaldarıq.

ŞUŞANIN SEVİNCDƏN GÜLÜR GÖZLƏRİ  

Şuşanın sevincdən gülür gözləri,
Çağırır görüşə, görə bizləri.
Vüqarlı dayanıb, yaşıl dağları,
Gül -çiçək açıbdı, bütün yolları.

Sərin mehlər əsir, Cıdır düzündə,
Quşlar nəğmə deyir, göyün üzündə.
Xarıbülbül açıb dağın düzüdə,
O, sevgi rəmzidir, elin gözündə.

Sərin bulaqları durulub, axır,
Gələnlər bu yerə, heyrətlə baxır.
Musiqi beşiyi, şairlər yurdu,
Qonaqlar bu yerə, yaman vuruldu.

Füsünkar aləmdir, İsabulağı,
Heç vaxt əskik olmaz, əziz qonağı.
Məclislər qurular, şənliklər olar,
Şuşa sevənlərin, könlü xoş olar.

Bürüyər dağları, rəngbə- rəng çiçək,
Bitər qayalarda, moruq, çiyələk.
Gözəl havasındn ruhlanar ürək,
Şuşamız cənnətdir, ona can deyək.

Natella Nur – Pressaz.az