“SƏHLİYALI” kiçik müəssisəsinin Beyləqan Regional bölməsinin uğurları danılmazdır
Nə xoşbəxtdir o kəs ki, mülayimliyi fəqirliyindən öncə gəlmir, yoxsul olmasına görə deyil, xasiyyətinin gözəl olmasına görə başqalarına baş əyir. Günah işlətməklə topladığı maldan deyil, halal zəhmətilə topladığı maldan yoxsulları doyurur, hikmət sahibləri ilə oturub duranlara, lüt yoxsullara acıyanlara baş əyir. Nə xoşbəxtdir təbiəti yumşaq olmaqla bərabər, qazancı təmiz, xasiyyəti gözəl olan, daxili varlığının gözəlliyi üzündən seçilən, şər işlərlə işi olmayan, hamının, hər kəsin etibarını qazanan adamlar. (Məhəmməd peyğəmbər (s)
“SƏHLİYALI” kiçik müəssisəsinin Beyləqan Regional bölməsinin uğurları danılmazdır. Qafqazın ən böyuk kolbasa və sosis istehsalçısı olan “Səhliyalı” kiçik müəssisəsinin Beyləqan regional bölməsinin rəhbəri Fuad Həsənovu az adam tapılar, tanımasın. Öz xeyirxahlığı, işgüzarlığı ilə hər kəsin ürəyinə yol tapan Fuad Həsənov 44 günlük vətən müharibəsində vətənin keşiyində duran, gecə-gündüz yorulmadan can qoyan oğullarımıza həm mənəvi, həm də maddi dəstək olmağı bacardı.
Cəbhə bölgələrinə öz yardımını əsirgəməyən Fuad Həsənov şəhid ailələrinə, Qazilərimizə, veteranlarımıza da diqqət və qayğısını əsirgəmədi. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Beyləqan rayonunda tikilən “Şəhidlər Bulağının” ərsəyə gəlməsində, bulağın açılışında ictimai fəaliyyətini, xeyriyyəçiliyini, vətənpərvərliyini bir daha sübut etdi. Böyüklə böyük, kiçiklə kiçik kimi hörmətlə davranan bu insanı təbii ki, gözügötürməyənlər, onun xeyirxah işlərinə kölgə salmaq istəyənlər də az deyil. Amma elin gözü tərəzidir deyiblər.
El də, oba da Fuad Həsənovun Beyləqan rayonunda işini də, ictimai fəaliyyətini də açıq-aydın görür və qiymətləndirir.
Söhbətimin sonunu əvvəlində olduğu kimi, “Qurani Kərim”dən bir ayə ilə bitirirəm. “Qurani Kərim”də buyurulur : “Yer üzündə təkəbbürlə gəzib dolaşma, çünki sən nə yeri yarada bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. (ƏL-İSRA surəsi 37 -ci ayə)
Yəni, insan ayaqlarını yerə bərk vurmaqla yeri deşə bilməz, başını dik tutmaqla da uca dağlara yetişməz.
İnsanı ucaldan onun xasiyyəti, tutduğu əməli, xeyirxah işləridir. Və bu xeyirxah işlərin sahiblərindən biri də Fuad Həsənovdur ki, bu gün sizlərə təqdim etdik.
Uğurlarınız bol, yolunuz açıq olsun, Fuad müəllim!
Pressaz.az